Fevral 09
bAzNet : Aznetdə yeniliklərdən...
İlk10.az ın blogunda oxudumki bəs inboxdan yenilik. Buyurun sizdə oxuyun
“Xoş xəbərlər müjdəçisi” devizi ilə yola çıxan inbox.az bütünlüklə Azərbaycan dilində fəaliyyət göstərir
Fəaliyyətə başladığı gündən bir çox azərbaycanlı internet istifadəçisinin vazkeçilməz e-mail provayderi olan www.inbox.az öz sahəsini 1 GB-a yüksəltmişdir.
inbox.az -ın ən əhəmiyyətli cəhətlərindən biri onun spam probleminə qarşı köklü həll tapmasıdır. Belə ki, spam hal-hazırda internetin ən ciddi və qlobal problemlərindən biri sayılır. inbox.az e-mail xidməti tərəfindən bu problemin böyük ölçüdə təminat altına alınması IT ekspertləri arasında təqdirlə qarşılanmışdır.
Qeyd etmək lazımdır ki, “xoş xəbərlər müjdəçisi” devizi ilə yola çıxan inbox.az bütünlüklə Azərbaycan dilində fəaliyyət göstərir.
Qaynaq - Oxatan.




