Oxatan.com > bAzNet > Bloglarımız... ( B loxlarımız? )
Bloglarımız... ( B loxlarımız? )Fevral 08. Разместил: Shaig M |
|
Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox )
yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu
bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com
saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım
nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə
aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki
istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən
reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam
aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda
var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az
dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici
deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı
qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda
onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. (
əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar
yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə
maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq
ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil
edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir
internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox
sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam
başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim
netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə
qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş
böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru
dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma
münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal
deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki
bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə
heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım. Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə.
Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir
iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı
birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına
uğurlar.... |