Oxatan.com > Mənə nə? > Britaniyada azərbaycanlı tələbə universitetə kələk gəlib

Britaniyada azərbaycanlı tələbə universitetə kələk gəlib


Fevral 05. Ðàçìåñòèë: Sadig
Tələbə bank əməkdaşına onun yerinə imtahan verməsi üçün 20 min funt rüşvət verməkdə təqsirli bilinib.
Britaniyada Azərbaycandan olan 23 yaşlı tələbə Elnar Əsgərov bank əməkdaşı Jerom Drinə onun yerinə imtahan verməsi üçün 20 min funt rüşvət verməkdə təqsirli bilinib. " Turan"ın məlumatına görə, Britaniyanın York şəhər məhkəməsi bu iki şəxsə qarşı iddiaya baxıb. Britaniya mətbuatının xəbərlərinə görə, E.Əsgərov və J.Drinə qarşı daha bir neçə ittiham, o cümlədən E.Əsgərovun təhsil aldığı universiteti aldatması ittihamı da bu sırada var. Hər iki müttəhimi ya həbs cəzası, ya da pül cərmiəsi gözləyir.
Yanvarın 28-də məhkəmə ilkin baxış keçirib və müttəhimləri girov qoyulması müqabilində sərbəst buraxıb. İttiham aktında J.Drinin 2006-cı ilin yanvarından 2007-ci ilin mayına kimi E.Əsgərovun əvəzinə imtahan verdiyi qeyd edilir və bunun müqabilində J.Drinə 20 min funt (40 min dollar) pul verilib. Onların hər ikisi 2007-ci il mayın 11-də imtahan vaxtı, daha doğrusu J.Drin özünü E.Əsgərov kimi tanıdanda və onun vəsiqəsini təqdim edəndə həbs olunublar.
Növbəti məhkəmə prosesi fevralın 25-də gözlənilir və məhkəmə prosesinin gedişində müttəhimlərə 10 maddə üzrə rəsmi ittiham irəli sürüləcəyi nəzərdə tutulur.
Müttəhimlər cərimə və ya həbs oluna bilərlər, bundan əlavə J.Drin E.Əsgərovdan aldığı 20 min funtu ödəməlidir. Müttəhimlər sifətlərini fotoreportyorlardan gizlədə bilmək üçün məhkəməyə sifətlərini şərflə bağlamış halda gəliblər. Əldə etdiyimiz məlumata görə, Elnar Əsgərov Azərbaycan Dəmir Yolu idarəsinin rəisi  Arif Əsgərovun oğludur.