Fevral 29
Oxu atan: oXchu | Baxılıb: 230 | Bölmə: bAzNet

Qısa olaraq sizə bir növ tez tələsik blog yaratmaq saytı olan
Tumblr haqqında demək istədim. Əgər blog yazmağa az vaxtınız olursa bu sistemdən istifadə edə bilərsiniz. Bu sistemi fast blog da demək olar. Ya da özlərinin dediyi kimi
Tumblelog. Ən böyük xüsusiyyətlərindən biri tez qeydiyyatdır. Burada
adınız.tumblr.com olaraq blog sahibi ola bilərsiniz. Ya pullu domainə də bağlamaq mümkündür. Sistem artıq indidən bir xeyli papulyarlıq qazanıbdır. Hal hazırda istifadəçi sayı
180.000-dir. Hər ay isə təxmini 17.000 istifadəçi sistemə daxil olur. Bu sürətlə böyümə getsə 2008 axırında istifadəçilərinin sayı
1 milyonu keçə bilər. Sistemə günlük orta hesabla
43.000 yeni yazı yazılır. Sistemə belə maraq olmasıda qəribədir. Beləki
2,3 milyon Wordpress istifadəçisinin günlük yazı yazmaq həcmi təqribi
106.000-dur. Belə nəticəyə gəlmək olarki sistem çoxlarının marağına səbəb olubdur. Sistemin yaradıcısı 21 yaşında
David Karp adlı bir gəncdir. Analitiklərin fikrinə görə yaxın zamanda bu sistemin karlı alıcısı çıxa bilər. Belə proyektlərdən Aznetdə də görmək ümidi ilə...
Tags: tumblr.com David Karp Tumblelog Wordpress
Ətraflı
Fevral 28
Oxu atan: oXchu | Baxılıb: 862 | Bölmə: bAzNet

Bu gün mətbuatdan Təhsil Nazirliyinin
saytının yeniləşməyi ilə əlaqədar bir xəbər oxudum. Ilk baxışda normal görsənir.
Saytın dizaynına filanda irad tutası deyiləm heç. Hətta təəccüblənmək də olarki sayta baxanda ən son xəbərlər bu günə aid düşmüşdü. Yəni saytı yeniliyirlərdə. Bu çox müsbət haldır. Ora-bura baxsamda saytı hansı studionun filan düzəltdiyini görmədim. Ola bilsin bu iş üçün kadr götürüblər fərdi şəkildə saytla məşğul olur. Ancaq heyifki primitiv təhlükəsizlik qaydalarına riayət etməyiblər. Ən çoxda ona təəccübləndimki SQL injection barədə xəbər vermək üçün əlaqə bölməsinə daxil olmağa cəhd elədimki bir yazıb xəbər edim ki düzəltsinlər. Ancaq daxil olanda elə həmin səhifədə də injection olduğunu gördüm. Bir xəbər verə bilsə idim şad olardım. Məndə bura yazdımki bəlkə oxuyuculardan kiminsə tanışı-bilişi olar Nazirlikdə, bir zəhmət xəbər etsin ( onsuzda gizli bir xəta deyil, göz qabağında olandı ).
Tags: tehsil sayt gov.az Azerbaycan tehsil nazirliyinin sayti
Ətraflı
Fevral 28
Oxu atan: oXchu | Baxılıb: 89 | Bölmə: bAzNet

Avropa Birliyi haqsız rəqabətdə günahlandırdığı dünyanın yazılım üzrə bir nömrə adı Microsoft`a 899 milyon avro pul cəzası verdi. Bu ikinci belə cəzadır. Bazar hakimiyyətini özü lehinə olaraq mənfi istifadə etdiyi üçün əvvəl də 778 milyon avro məbləğində cəzalandırılmışdı. Son qərarla birgə isə cəmi rəqəm 1,68 milyar avro oldu. AB`də rəqabət üzrə işlərə baxan Neelie`nin dediyinə görə qurumun 50 illik tarixi boyu Microsoftun eyni cəzanı iki dəfə alan ilk şirkət olduğunu bildirdrərək " Ümidvaramki Microsoft bu günkü cəza ilə birgə qanunlara tabe olmamaqdan əl çəkər" dedi.
Microsoft isə öz növbəsinə etdiyi açıqlamada verilən cəza səbəbini ətraflı araşdıracaqlarını bildirdi. Şirkətin dediyinə görə bu dəfəki qərar ötən illərin sonradan həll olmuş məsələlərinə görə verilmiş cəzadır və bunu sübuta çalışacaqlar.
Tags: AB microsoft
Ətraflı
Fevral 27
Oxu atan: oXchu | Baxılıb: 123 | Bölmə: bAzNet

2006 'da açılan, istifadəçilərinə DivX formatında video yükləmə imkanı
verən, videoların baxılıb paylaşıla bildiyi və
artan ADSL sürətilə belə getsə
Youtube'nin taxtına oturmağa namizəd olan
stage6.com 28 Fevral tarixi etibarı ilə bağlanır. Stage6`nın bu qərarından sonra bir çox saytın problemlərlə üzləşəcəyi güman edilir. Çünki saytlar stage6 üzərindən bir sıra videoları yayımlayırdılar. Bağlanma səbəbi ilə əlaqədar isə dəqiq məlumat əldə edə bilmədim. Saytda yazılanlara görə maddi problemlərlə əlaqədardır.Bəlkə saytı almaq qərarına gələn hansısa iri şirkət peydə olandan sonra fəaliyyətini davam etdirər. Bu isə sual altındadır. (
mən elə
bilərdimki
maddi problem ancaq bizim ölkəmizdə olur )
Tags: stage6 .com youtube DivX video
Ətraflı
Fevral 26
Oxu atan: oXchu | Baxılıb: 431 | Bölmə: CızmaQara

16 il əvvəl 26 fevral günü Xocalıda ölənlərə Allah rəhmət eləsin. Allah xalqımıza səbr
verməsin.
Bu gün bütün Azərbaycan saytlarında Xocalı faciəsinin izləri var. İstər yüksək reytinqli istər aşağı, istər xəbər saytları istər əyləncə hətta "əyləncə" saytlarında da - bir sözlə gündəlik content yayımlanan hər bir saytda faciənin epizodlarını görmək olurdu. Çox - çox sevindiricidirki hamımız hər zaman olmasada zaman-zaman ortaq məxrəcə gələ bilirik. Üstəlik bu elə-belə mövzu deyil,
tariximizin ən dəhşətli səhifəsidir. Buna görə də hər bir saytın öz oxucusunu bu barədə məlumatlandırması çox yüksək haldır. Bir - iki saytı çıxmaq şərti ilə digər hamısı məsələyə ciddi yanaşmışlar. Xüsusəndə indexi daimi sabit olan və content yayımlamayan
box.az bu gün münasibətilə ilə
http://www.khojaly.org/ saytına keçid vermişdir. Bir də
azeroo.com saytı girişdən əvvəl intro yerləşdirərək öz ənənəvi yayımlarında məxsusi dəyişikliklər etmişlər. Son olaraq isə sözü heç nəyə elə-belə baxmayan
bir blogdaşımıza verirəm... Burada bizim nəyə görə dünya müstəvisində Xocalının soyqırım kimi tanıda bilməməmizə aydınlıq gətiribdi.
Tags: xocalı xocali qan
Ətraflı
Fevral 26
Oxu atan: oXchu | Baxılıb: 114 | Bölmə: bAzNet

Fox Interactive Media və
Google arasında avqust 2006’da 3 illik müddətə reklam müqaviləsi bağlanmışdı. Müqaviləyə görə Fox Interactive Mediaya aid saytlarda (
MySpace daxil) Google reklamlarından istifadə edilməli, və Myspace’de Google axtarış sistemindən istifadə olunmalı idi. Minimum 900
milyon dollarlıq dəyəri olan bu
müqaviləni ləğv etmək üçün Fox
araşdırmalara başlayıbdı. Analitiklərin fikrinə görə buna səbəb daha yaxşı şərtlərə malik reklam təklifi aldıqlarıdır. Bu təklifi isə
Microsoft’un etdiyi deyilir.
Bildiyimiz kimi Microsoft
Facebook reklam
haqqlarına da sahibdi. Bu yeni müqavilə ilə də sosial platformadalı iki lider adlada işləyəcək. Bununla da həm internet reklam sənayesində google`a bir az daha çatacaq, həmdə rəqibinin ən yaxşı müştərilərindən birini özünə tərəf çəkdiyi üçün prestij qazanacaq.
Tags: fox google myspace microsoft
Ətraflı
Fevral 25
Oxu atan: oXchu | Baxılıb: 226 | Bölmə: bAzNet

Azərbaycan interneti ilə bağlı bundan əvvəl əksərən tənqidi yazılar
yazmışdıq. Azərbaycanda yeni fəaliyyətə başlayan, xəbər dəyəri olan
bir-iki saytdan başqa digərləri gördüyümüz kobud qüsurların tənqidi
olmuşdu. Bəs heçmi bizim internet məkanında tərifə layiq sayt yoxdur ?
Əlbəttə hər bir istifadəçinin fərdi sevimli saytı var. Qərar aldımki bu
dəfə öz gözümlə Aznetdəki belə saytları sadalayım. Bu yazını yazmağıma
əsas səbəblər - biri
Blogran`da
( Bunu deməməkdən özümü saxlaya bilmirəm. Fikrimcə blogran adı çox
gözəl kreativ addır. Məncə bu ad blogger, blogspot, blogcu kimi blog
servisi verən bir saytda istifadə olunsa orjinal bir ad olardı. )
oxuduğum
bu yazı, və
Gurbanovun blogundakı Aznetdə olan
bloglara baxışı
oldu. Madam o, oxunası blogları yazdı məndə fikirləşdimki Aznetdə
nəyimiz var ondan yazım.
Ətraflı oxuyaraq yazı ilə tanış ola
bilərsiniz.
Tags: internet box.az xazar.com ilk10.az inbox.az azeriblog.com boxca.com mak.az
Ətraflı
Fevral 25
Oxu atan: oXchu | Baxılıb: 85 | Bölmə: bAzNet

Türkiyə və Tayland'dan sonra indi de Pakistan
youtube' a daxil olmanı əngəllədi. Girişin qadağan edilməsinə səbəb olaraq isə saytda İslam əleyhinə contentlərin olması göstərilir. Pakistan tərəfindən bu barədə rəsmi açıqlamada edilib. Açıqlamaya görə danimarkalıların istehsalı olan Hz. Məhəmməd (S.A.V) haqqında təhqiramiz xarakterdə çəkilmiş cizgi filmlərin bu saytda olması qadağaya əsas səbəb göstərilir. Bu haqda əlavə olaraq
buradan oxuya bilərsiniz.
Tags: youtube video sharing pakistan
Ətraflı
Fevral 24
Oxu atan: oxatan | Baxılıb: 133 | Bölmə: bAzNet

Artıq
Oxatan Aznetdən xəbər verməyi bir növ öz öhdəsinə götürüb. Bu dəfəki danışacağımız sayt bir qədər köhnədir. Amma Oxatanın yaşının az olduğunu nəzərə alsaq zənnimcə bu günahdan keçmək olar. Sayt
Azart.az -dır. Saytın tematikası və konsepsiya dizayn üzərinə qurulub. Amma buradakılar "template"ləri "edit"ləyərək, altındakı copyright`ı dəyişib nikini yazanlar deyil. Burada bu işlə professional olaraq məşğul olanlar toplanıblar. Düzü mənim özüm də bu saytı çox yeni tanıdım. Ona görə ətraflı gəzinə bilmədim. Zənnimcə sayt 09.03.2007 tarixindən fəaliyyət göstərir. Sayt forumdan ibarətdir və əsasən dizaynerlər öz fikirlərini, işlərini bölüşürlər. Həmişəki kimi bu saytda da bəyənmədiyim birşey var, oda logotipin azərbaycanca saytın isə rus dilində olmasıdır.
Saytın təşkilatçıları martın 14-nə(2008) bir
yığıncaq da təşkil etmək niyyətindədirlər. Deyilənə görə gecəyə bu sahəylə həqiqətən maraqlananlar gəlsə daha yaxşı olar. Hərhalda işə yanaşmada professionallıq yaxşı keyfiyyətdir.
Tags: .az art design creative azerbaijan team
Ətraflı
Fevral 24
Oxu atan: oXchu | Baxılıb: 130 | Bölmə: Mənə nə?

İngilis
hyder consulting firması
inşaatı davam edən və 800 m. yüksəkliyə sahib olacaq
Burj Duabi'nin 2 qat artıq yüksəklikdə yeni bir göydələn inşa edəcəklərini açıqlayıblar. 1600 m hündürlüyündə tikiləcək bu bina dünyanın ən hündür binası ünvanını da açıqca əlinə keçirəcək. Verilən
məlumata görə tikiləcək binanın yeri olaraq Orta Asiya göstərilibdi.
Tags: Burj Duabi hyder consulting göydələn bina
Ətraflı